Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 671

Sentyabrın 19-da M.Qaşqay küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Əliyev, Masallı rayon sakini Rasim Eyyubov və Yardımlı rayon sakini Nihad Abbasov Tağı Yusifovun və həyat yoldaşı Sevincin mobil telefonlarını uşaq arabasından götürərək qaçdıqları üçün «28 May» metrostansiyasında Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanmışdır.

***

Sentyabrın 16-da R.Qasımov küçəsində yaşayan Altay Həsənovun evindən pəncərədən keçmə yolu ilə 170 manat və mobil telefon oğurlanmışdır. Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şağan qəsəbə sakini Günel Dadaşova sentyabrın 19-da yaxalanmışdır.

***

Sentyabrın 8-də Neftçilər prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Solmaz Quliyevanın içərisində 1000 manat, sənədlər, bankomat kartı olan əl çantası oğurlanmışdır. Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Sürayə Balayeva sentyabrın 19-da yaxalanmışdır.

***

Sentyabrın 16-da Ş.Mirzəyev küçəsində yaşayan Vaqif Eyvazova məxsus «VAZ-2107» markalı avtomobildən 2 ədəd təkər oğurlanmışdır. Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinənlər Bakı şəhər sakinləri Elşən Vəliyev və əvvəllər məhkum olunmuş İsgəndər Güləkbərov sentyabrın 19-da yaxalanmışlar.

***

Sentyabrın 19-da İnqilab küçəsində Gürcüstan vətəndaşı Qeorqo Didebaşvili Yevgeniya Abdullayevanın başından əli vuraraq qızıl boyunbağısını qırıb qaçdığı üçün Sabunçu RPİ-nin 12-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

***

Sentyabrın 19-u saat 23:45 radələrində A.Şaiq küçəsində Rusiya Federasiyasının vətəndaşı Röyal Zülfüqarov həyat yoldaşı Fəridə Zülfüqarovanın boğazını kəsərək qətlə yetirmiş, Saatlı rayon sakini Fərid Mahmudova isə iki bıçaq zərbəsi vuraraq xəsarət yetirdiyinə görə DİN BCAİ, Yasamal RPİ CAŞ və 27-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.