Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 994

Mayın 23-də N.Hacıbəyli küçəsində Bakı şəhər sakini Əqdəm Mirzəyevin idarə etdiyi «VAZ-2106» markalı avtomobildən oğurluğa cəhd edən Cavid Mehtiyev sürücü tərəfindən yaxalanaraq ərazi üzrə Nərimanov RPİ 18-ci PB-yə təhvil verilmişdir.

Mayın 23-ü saat 08:30 radələrində Fatmai bağlar ərazisində Qəbələ rayon sakini Cavanşir Məmmədov idarə etdiyi «VAZ-2107» markalı avtomobili yolun kənarındakı maneyə vurmuş, nəticədə sürücü və sərnişin Samir Şahkərəmov ölmüş, digər sərnişin Nahid Hacıyev isə xəsarət alaraq KTM-ya yerləşdirilmişdir.

Mayın 23-ü saat 23:30 radələrində Maştağa-Buzovna şossesində Feyruz Cəbrayılovun idarə etdiyi «VAZ-21011» markalı və Kamil Rəsulzadənin idarə etdiyi «VAZ-2106» markalı avtomobillər toqquşmuş, nəticədə sürücü K.Rəsulzadə ölmüş, sərnişinləri Hacıbala Qəhrəmanov, Ədalət Cavadov, digər sürücü F.Cəbrayılov və sərnişinləri İsmayıl Babayev, Tərlan Ələsgərov xəsarət alaraq 3 saylı xəstəxanaya yerləşdirilmişlər.

Mayın 12-nə keçən gecə Bakı şəhər sakini Ramin Qurbanova məxsus Ə.Məmmədəliyev küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə 13 ədəd mobil telefon və 172 manat oğurlanmışdır. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sabunçu qəsəbə sakini Mirhüseyn Məmmədov mayın 23-də tutulmuşdur.

Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 144.1-ci (adam oğurluğu) maddəsilə axtarışda olan Töhfə Cəfərova mayın 23-də tutulmuşdur.