Kriptovalyuta birjasının rəhbəri saxlanılıb

kriptovalyuta-birjasinin-rehberi-saxlanilib
Oxunma sayı: 929

Cənubi Koreyada böyüklüyünə görə beşinci yerdə olan Coinnest kriptovalyuta birjasının rəhbəri Kim İk Xvan saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, fırıldaqçılıqda ittiham olunur. Kim İk Xvanla yanaşı, Coinnestin daha bir əməkdaşı saxlanılıb. 

Prokurorluq iddia edir ki, onlar öz müştərilərinin virtual valyutalarını öz şəxsi hesablarına keçiriblər. Bu səbəbdən də onların həbsinə order verməyə çalışır. 

Coinnestın saytı isə adi rejimdə işinə davam edir.