Kristof Daum reanimasiyaya yerləşdirildi

kristof-daum-reanimasiyaya-yerlesdirildi
Oxunma sayı: 2970

Türkiyənin “Beşiktaş”, “Fənərbaxça” və “Bursaspor” klublarının sabiq baş məşqçisi Kristof Daum Nyu-Yorkda reanimasiyaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. 69 yaşlı mütəxəssisin onkoloji xəstəlikdən müalicə aldığı vurğulanıb.

Qeyd edək ki, almaniyalı mütəxəssisin son iş yeri Rumıniya millisi (2016-2017) olub.