KTM-də onlayn xidmət sistemində yaranan problemlə bağlı - Açıqlama

ktm-de-onlayn-xidmet-sisteminde-yaranan-problemle-bagli
Oxunma sayı: 1981

Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə onlayn xidmət sisteminin çökməsi ilə bağlı məlumat yayılıb. Həm pasiyentlər, həm tibb heyətinin işində çətinlik yarandığı bildirilir.

Məsələ ilə əlaqədar TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, hazırda problemin aradan qaldırılması üçün iş aparılır:

“Böyük dataların mövcud olduğu platformada belə texniki fasilələr, təəssüf ki, bəzən qaçılmaz olur. Hazırda sistem üzərində iş aparılır. Ən qısa zamanda problem aradan qaldırılaraq sistem işə salınacaq”.