KTMT-dən Qazaxıstandakı vəziyyətlə bağlı - Açıqlama

ktmt-den-qazaxistandaki-veziyyetle-bagli
Oxunma sayı: 2118

“Qazaxıstanda vəziyyətin normallaşması barədə danışmaq hələ tezdir, lakin vəziyyətin dönüş nöqtəsi artıq yetişib”.

“Qafqazinfo” xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas “Rossiya 24” telekanalının efirində deyib. O xatırladıb ki, Qazaxıstanın bəzi bölgələrində fövqəladə vəziyyət rejimi davam edir: 

“Məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə yumşaldılması davam edir. Ancaq bu o demək deyil ki, ölkədə vəziyyət normallaşıb. Aydındır ki, situasiyada dönüş nöqtəsi artıq baş verib”.