“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib.
Onun sözlərinə görə, KTMT sözügedən məsələ ilə bağlı Ermənistandan müsbət reaksiya gözləyir.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 13-ü parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan öz ərazisində KTMT missiyasının yerləşdirilməsinə hazırdır, lakin bu istiqamətdə müzakirələr davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər