Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları mühafizə etdikləri sosial əhəmiyyətli obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Sülhməramlılar texnika və materialları təyyarəyə yükləmək və daimi dislokasiya məntəqələrinə çatdırmaq üçün hazırlayırlar.
Qeyd edək ki, KTMT-nin sülhməramlı kontingentinin bu gündən etibarən Qazaxıstandan çıxarılmasına başlanılıb. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 11-i parlamentin iclasında məlumat vermişdi: “İki gündən sonra KTMT-nin vahid sülhməramlı kontingentinin ölkədən mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Bu proses 10 gündən çox çəkməyəcək”.
Xatırladaq ki, sülhməramlı qüvvələrin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.
Son xəbərlər
Son Xəbərlər