KTMT missiyası Ermənistanda yerləşdirilə bilər

ktmt-missiyasi-ermenistanda-yerlesdirile-biler
Oxunma sayı: 2758

“KTMT missiyası tez zamanda Ermənistanda yerləşdirilə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN Aİ-nin Ermənistan-Azərbaycan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatını şərh edib:

“İrəvana KTMT missiyasının göndərilməsi istiqamətində işi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyi üstün tutduqlarını müşahidə edirik”.

“Əgər erməni müttəfiqlərimiz KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, onun missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”, - deyə XİN-nin açıqlamasında qeyd olunub.