KTMT ölkələrinin müdafiə nazirləri Almatıda bu məsələləri müzakirə edəcək

ktmt-olkelerinin-mudafie-nazirleri-almatida-bu-meseleleri-muzakire-edecek
Oxunma sayı: 1477

Mayın 30-31-də Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurası iclasının iştirakçıları regional çağırışları və təhdidləri müzakirə edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Tədbir Qazaxıstanın KTMT-yə sədrliyi çərçivəsində keçirilir. Onun iştirakçıları KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri, təşkilatın hərbi komponentinin inkişafı məsələlərini müzakirə edəcəklər”, - nazirlik qeyd edib.