Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.
KTMT Katibliyinin məlumatına görə isə, sülhməramlı kontingentin bölmələri artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar.
Hazırda sülhməramlı kontingentin Rusiya tərəfindən olan hissəsinin təyyarələr vasitəsilə Qazaxıstan ərazisinə gətirilməsi həyata keçirilir.
Qeyd edək ki, sülhməramlı qüvvələrin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.
***
Ermənistan KTMT sülhmrəmanlı qüvvələri tərkibində Qazaxıstana 70 hərbçi göndərib.
***
“TASS”ın məlumatına görə, KTMT sülhməramlıları üçün bu əməliyyat tarixdə ilkdir. Təşkilatın sülhməramlıları bu ana qədər yalnızca təlimlərdə iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər