KTMT qüvvələri Ukraynaya göndərilə bilər?

KTMT qüvvələri Ukraynaya göndərilə bilər?
Oxunma sayı: 1862

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mandatı təşkilatın kollektiv qüvvələrindən Ukraynadakı hərbi əməliyyatda istifadə olunmasını nəzərdə tutmur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-də olan mənbəyə istinadən “RİA Novosti” yayıb.

Onun sözlərinə görə, KTMT-nin məsuliyyət zonası alyans ölkələrinin ərazisidir: “Ukrayna bizim ərazimiz deyil. KTMT qaydaları qüvvələrdən bu ərazilərdə istifadə olunmasını nəzərdə tutmur. Sülhməramlı qüvvələr yalnız mandat çərçivəsində fəaliyyət göstərir”.

Qeyd edək ki, daha əvvəl KTMT-nin Baş katibi Stanislav Zas bildirib ki, təşkilatın mayın 16-sı Moskvada keçirilən sammitində kollektiv qüvvələrdən Ukraynadakı əməliyyatda istifadə olunması məsələsi qaldırılmayıb və müzakirə olunmayıb.