“KTMT regional sabitliyin dəstəklənməsində əsas rol oynayır”

ktmt-regional-sabitliyin-desteklenmesinde-esas-rol-oynayir
Oxunma sayı: 887

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz məsuliyyət zonasında sülhün və sabitliyin qorunmasında əsas rol oynayır”.

“Qafqazinfo” xəbər  verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O xatırladıb ki, sabah, oktyabrın 7-də təşkilatın 20 illik yubileyi qeyd olunur: “Təşkilat qısa müddət ərzində layiqli yol keçib. Birgə səylər nəticəsində təhlükəsizlik məsələləri ilə məşğul olan effektiv struktur yaradılıb. KTMT həm də öz məsuliyyət zonasında regional sabitliyin dəstəklənməsində əsas rol oynayır”.

Rusiyalı diplomat əlavə edib ki, KTMT Kollektiv Qüvvələrinin BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlarda iştirakı üçün ardıcıl şərait yaradılır: “Rusiya KTMT-dəki tərəfdaşları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsini xarici siyasət prioritetlərindən biri hesab edir”.

Xatırladaq ki, təşkilata altı ölkə daxildir: Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan.

Murad Həsənov