Kuarejmanın “Beşiktaş”dan qovulmasının pərdəarxası

kuarejmanin-besiktasdan-qovulmasinin-perdearxasi
Oxunma sayı: 637

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Kuarejma baş məşqçi Karvalyalı təhqir edib.
Belə ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasında “Atletiko Madrid”lə üz-üzə gələn “qartallar” ilk hissədən sonra 0:3 hesabı ilə geridə olub. Soyunub-geyinmə otağında futbolçularını motivə etmətə çalışan Karvalyal ikinci hissədə Kuarejmanı oyundan çıxaracağını bildirib. Buna qəzəblənən Kuarejma qarşısındakı əşyaları təpikləyərək baş məşqçi və onun yaxınlarına portuqal dilində ağır təhqirlər ünvanlayıb. Bununla ürəyi soyumayan 29 yaşlı futbolçu formasını və butsunu həmyerlisinə atıb.

Bu hadisədən sonra baş məşqçi Karvalyal Kuarejmanın bir daha onun rəhbərliyi altında meydana çıxmayacağını bildirib.

Ceyhun Əhmədov