Kuba Prezidenti İlham Əliyevi təbrik etdi

kuba-prezidenti-ilham-eliyevi-tebrik-etdi
Oxunma sayı: 835

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Kuba xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirməyə hazır olduğumuzu Sizə bir daha bildirirəm.

Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin".