Kubadakı iğtişaşlarda 1 nəfər öldü

kubadaki-igtisaslarda-1-nefer-oldu
Oxunma sayı: 1115

Kubada baş vermiş iğtişaşlar nəticəsində azı 1 nəfər həlak olub.  

Bu barədə “Qafqazinfo” Kuba xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Havananın Arroyo-Naranho rayonunda polisə hücum edən 36 yaşlı Kuba vətəndaşı ölümcül yaralanıb.

Qeyd edək ki, Kubada yüzlərlə sakin dövlət əleyhinə etirazlarını bildirmək üçün aksiya keçirib.