Kubalı məşqçi Azərbaycana öyrəşmək istəyir

kubali-mesqci-azerbaycana-oyresmek-isteyir
Oxunma sayı: 650

Azerisport.az xəbər verir ki, hazırlığın ilkin mərhələsinə 35 boksçu ilə başlayan qardaş ölkənin komandasının heyəti 3 toplanışdan sonra müəyyənləşib.

Azərbaycan Boks Federasiyasından bildiriblər ki, Türkiyə yığmasının kubalı baş məşqçisi Doqdoerto Rojas Skott yarışdan 15 gün əvvəl Bakıya gəlmələrini yerli ab-havaya uyğunlaşmaq və burada olan digər komandalarla toplanış keçmək məqsədi daşıdığını söyləyib: “Azərbaycana digər ölkələrin boksçuları da gələcək. Onlarla birgə məşq edib rəqiblərimizi daha yaxından tanımaq imkanı əldə edəcəyik”.

Türkiyə Boks Federasiyasının prezidenti Eyüb Gözgəc dünya çempionatında Olimpiya oyunlarına 7 lisenziya qazanmaq niyyətində olduqlarını bildirib.

Türkiyə milli komandasının heyətində Fərhad Pəhləvan (49 kq), Səlcuk Eker (52 kq), Furkan Ulaş Memiş (56 kq), Fatih Keleş (60 kq), Onur Şipal (64 kq), Önder Şipal (69 kq), Adem Kılıççı (75 kq), Caner Sayak (81 kq), Bəhram Müzəffər (91 kq) və Denizcan Gökkaya (91 kq-dan yuxarı) yer alıblar.