Kubokun final matçı azarkeşsiz olacaq

kubokun-final-matci-azarkessiz-olacaq
Oxunma sayı: 2187

Futbol üzrə Almaniya kubokunun final matçı azarkeşsiz keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Mayın 13-də, Berlin Olimpiya stadionunda keçiriləcək qarşılaşma Berlində koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərə görə azarkeşsiz olacaq.

Qeyd edək ki, Almaniya kubokunda yarımfinal mərhələsinin görüşləri aprelin 30 və mayın 1-də keçiriləcək. “Leyptsiq” “Verder”lə, Dortmund “Borussiya”sı isə “Holştayn Kil”lə qarşılaşacaq.