Kubokun ilk oyunlarına hakim təyinatları

kubokun-ilk-oyunlarina-hakim-teyinatlari
Oxunma sayı: 1741

Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları müəyyənləşib.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:

20 aprel (çərşənbə)

17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu

20:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu