Kubokun qalibi Çempionlar Liqasından kənarlaşdırıldı

kubokun-qalibi-cempionlar-liqasindan-kenarlasdirildi
Oxunma sayı: 1559

Çinin “Şandun Lunen” klubu Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Şandun Lunen”in Asiya Çempionlar Liqasından çıxarılmasına səbəb klubun maliyyə feyr-pleyi qaydalarını pozması olub.

Ötən il Çin Federasiya kubokunu qazanaraq, turnirdə iştirak etmək hüququ qazanan “Şandun Lunen”in əvəzinə apreldə başlayacaq yeni mövsümə başqa bir komanda qatılacaq.