“Qafqazinfo” xəbər verir ki, final mərhələsində “Qəbələ” “Neftçi” ilə qarşılaşır. “Qəbələ” tarixində ilk dəfə olaraq kubokun finalında mübarizə aparır. “Neftçi” isə 6-cı dəfə kuboku başı üzərinə qaldırmaq istəyir.
***
Kubokun final matçında ilk 45 dəqiqə 0-0 hesablı heç -heçə ilə başa çatdı.
***
52-ci dəqiqədə “Neftçi”nin heyətində Samir Nəsimov hesabı mükəmməl qolla açıb.
***
71-ci dəqiqədə Marat İzmayilov “Qəbələ”nin bərabərlik qolunu vurub.
***
Görüşün 90-cı dəqiqəsi 1-1 hesablı bərabərliklə başa çatdığından hər biri 15 dəqiqəlik olan yarım saatlıq vaxt əlavə olunur. Əgər bu zaman kəsiyində də qalib müəyyənləşməsə, kubokun sahibi penaltılardan sonra bəlli olacaq.
***
“Neftçi” matçdan sonra penaltı zərbələrindən sonra 3-2 hesablı qələbə əldə edərək tarixi ərzində 6-cı dəfə Azərbaycan kubokunun sahibi olub.
Son xəbərlər
Son Xəbərlər