Kübra Əliyeva Azərbaycandan getdi?

kubra-eliyeva-azerbaycandan-getdi
Oxunma sayı: 655


Adının açıqlanmasını istəməyən aktyorlardan biri Trend-ə xəbərin doğru olduğunu təsdiqlədi və əsas kimi, Kübra xanımın ərizə yazıb illərdən bəri fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrının kollektivindən ayrılmasından sonra həyatında başlanan küskünlüyün olduğunu söylədi. Aktrisanın bizə məlum olan mobil telefonuna zəng etdik və xanım Əliyeva ilə telefon bağlantısı yaratdıq.

"Mən Türkiyəyə tez-tez gedib gəlirəm. Amma bu o demək deyil ki, İstanbulda ev almışam. Qızım orada yaşayır. Və onun yanında özümü daha rahat hiss etdiyim üçün ayın bir neçə gününü qardaş ölkədə keçirirəm. Qətiyyən depressiyada deyiləm. Əksinə, əhvalım çox yaxşıdır. Yanvar ayında səssiz-səmirsiz ərizəmi yazıb teatrdan uzaqlaşdım. 45 illik səhnə fəaliyyəti məncə yetərlidir. Amma yaradıcılığımı sevimli dostum Tahir İmanovun rəhbəri olduğu "Planet Parni iz Baku" KVN teatrında davam etdirirəm. Vətənimi birdəfəlik tərk etməyə gəldikdə isə bu barədə düşünmək belə istəmirəm. Hazırda doğma ata-baba yurdum Gəncədəki evimizdəyəm, dincəlirəm. İnşallah, yaxın günlərdə Bakıya qayıdacağam. Pərəstişkarlarıma salamımı çatdırın və qoy, mənə görə narahat olmasınlar. Hamınızı sevirəm", - əməkdar artist belə dedi.