3 aylıq körpə küçəyə atıldı - Foto

3-ayliq-korpe-kuceye-atildi
Oxunma sayı: 3021

Gəncədə küçədə üç aylıq körpə tapılıb.

“Qafqazinfo"nun xəbərinə görə, şəhərin Atatürk prospektində yataqxananın yaxınlığında tapılan T.M. adlı 3 aylıq körpənin anası tərəfindən atıldığı bildirilir.

Körpə Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Müayinə zamanı körpənin sağlam olduğu məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ ilə bağlı "Qafqazinfo"ya bildirib ki, bu barədə polisə məlumat verilib və dərhal araşdırmalara başlanılıb:

"Araşdırma zamanı məlum olub ki, üç aylıq körpə - T.M.-un səhhətində problem yaranması səbəbindən vətəndaş tərəfindən təcili tibbi yardım briqadası çağırılıb və uşaq xəstəxanaya yerləşdirilib. Məlum olub ki, körpə anası S.Murquzovanın himayəsindədir.

Qadından ayrılan uşağın atası isə ölkə xaricindədir. Vətəndaşların bildirdiyinə görə, qadın hələlik tam dəqiq bilinməyən səbəblərdən övladına lazımi şəkildə baxmayıb və körpəni qonşular saxlayıb. Artıq əməkdaşlarımız tərəfindən uşağın anası ilə profilaktik söhbətlər edilib. Qadın səhvini anladığını və körpəyə lazımi şəkildə nəzarət edəcəyini deyib. Buna baxmayaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriləcək və son qərarı onlar verəcək".

Elmar Əli