Martın 28-i saat 23 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Vasif Məhəmmədov bıçaqlanıb.
“Qafqaziinfo” DİN-ə istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Əli Muradov, Saatlı rayon sakini Sahil Əzizov, Cəlilabad rayon sakinləri Nicat Muradov və İlkin Kərimov olduqları müəyyən edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər