Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu tiktok sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

Son xəbərlər
Son Xəbərlər