Küçədə sataşdılar, sevgilisi qadağa qoydu

kucede-satasdilar-sevgilisi-qadaga-qoydu
Oxunma sayı: 875

Motosiklet həvəskarı olan türkiyəli aktrisa Bensu Soral sükan arxasında olarkən ona söz atıblar.

“Qafqazinfo”nun “Posta”ya istinadən xəbərinə görə, səkkiz ildir sürücülük vəsiqəsi olan aktrisa başına gələn hadisəni sevgilisi, iş adamı Hakan Başa danışıb, o isə Soralın bundan sonra təkbaşına motosikletə minməyini qadağan edib.

“Mən daha əvvəl də motosikletdə olarkən avtomobili ilə üzərimə gəlib məni sıxışdırmağa çalışanlar olmuşdu. Artıq Bostancı sahilində velosipedlə gəzirəm”, - deyə sənətçi bildirib.