Küçədə tapılan meyit kimə məxsusdur?

kucede-tapilan-meyit-kime-mexsusdur
Oxunma sayı: 3460

Dünən paytaxtda tapılan naməlum kişi meyitinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Daxili İşlər Nazirliyi ictimaiyyətə müraciət etmişdi.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq həmin şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, yanvarın 3-də Səbail rayonunun Ü.Hacıbəyli küçəsindəki yaşayış binalarının həyətində tapılan meyit 1974-cü ildə Rusiya Federasiyasının Sverdlovs vilayətində anadan olan Pavelin Dmitriy Vladimiroviçdir. O, uzun müddətdir Bakıda tüfeyli həyat tərzi keçirir.

Murad Əhməd