Küçələrə axın edib “Brexit”i qeyd etdilər - Video

kucelere-axin-edib-brexiti-qeyd-etdiler
Oxunma sayı: 1411

Böyük Britaniya sakinləri küçələrə axın edib “Brexit”in qəbul olunmasını qeyd ediblər. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı video görüntülər sosial şəbəkələrdə yayılıb.

Birləşmiş Krallıq Avropa İttifaqından çıxar-çıxmaz insanlar “Brexit”i qeyd edərək həvəslə qışqırmağa başlayıblar.

Xatırladaq ki, yanvarın 31-də yerli vaxtla saat 23:00-da (Bakı vaxtı ilə fevralın 1-də saat 03:00-da) Aİ-ni tərk edən Böyük Britaniyada 11 aylıq keçid dövrü başlayıb.