“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, körpə dərhal rayon xəstəxanalarından birinə gətirilib. Gecə saatlarında isə yeni doğulmuş uşaq 2 saylı Əbulbəz Qarayev adına kliniki xəstənaya təhvil verilib.
Şərti adı Ayaz Əliyev olan iki günlük körpə uşaq reanimasiya şöbəsində həkim nəzarəti altındadır.
Həkimlərin dediyinə görə, yeni doğulan körpə ötən gecə saat 00:00 radələrində xəstəxanaya ağır vəziyyətdə daxil olub. Hazırda isə onun vəziyyəti normallaşır. Bundan əlavə körpədə hansısa, xəstəliyin olub-olmaması həkimlər tərəfindən araşdırılır.
Xəstəxananın reanimasiya şöbəsinin müdiri Akif Quliyev deyir ki, körpənin hələ göbəyi belə düşməyib. Yəni körpə iki gün bundan öncə kor-təbii şəkildə dünyaya gəlib.
“Uşaq mərkəzi sinir sisteminin dəqiqləşməmiş zədə diaqnuzu ilə reanimasiya şöbəsinə daxil olub. Uşağın vəziyyəti son dərəcə ağır olub. Bununla bağlı lazımi tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində isə uşağın vəziyyəti yaxşılaşmışdır”.
Qeyd edim ki, bu ay ərzində xəstəxanaya 2-ci dəfədir ki, kimsəsiz körpə gətirilir. Sonuncu vəziyyəti ağır olan körpənin yaxınlarının hələ də xəstəxanya müraciət etmədiyi bildirilir.
Balaca Ayaz xəstəxanada müayinə və müalicə olunduqdan sonra körpələr evinə təhvil veriləcək.
Son xəbərlər
Son Xəbərlər