"Qafqazinfo" "AzərTAc"a istinadən xəbər verir ki, qərar Bişkekdəki “Azəri” İctimai Birliyinin müraciətinə əsasən qəbul edilib.
Qərarda deyilir ki, görkəmli dövlət xadimi Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışıb, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. SSRİ dağıldıqdan sonra Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilib. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycan və qırğız xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlər göstərib. 1995-ci ildə Heydər Əliyev Azərbaycan Prezidenti kimi Qırğız Respublikasında keçirilmiş “Manas” dastanın 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Hazırda Heydər Əliyev küçəsinin rəsmi açılış mərasimi ilə bağlı hazırlıq işləri görülür.
Son xəbərlər
Son Xəbərlər