Küçəyə Milli Qəhrəmanın adı verildi- - Gəncədə

kuceye-milli-qehremanin-adi-verildi-
Oxunma sayı: 1138


"Qafqazinfo"ya daxil olan məlumata görə, bu münasibətlə aprelin 10-da şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məsul işçisi Abdulla Qurbani deyib ki, Anatoli Azərbaycanın Milli Qəhrəmanı olacağını ağlına gətirməzdi.  

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ölkəmizdə Milli Qəhrəmanlara, o cümlədən ərazi bütövlüyümüz uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanı sevən, ona xidmət göstərən hər kəsə qayğı göstərilir. Anatoli Davidoviç əslən beloruslu olsa da, Azərbaycan xalqı onu öz ovladı kimi qəbul edir və bu gün onun adına küçənin verilməsi də məhz bu məqsədi daşıyır. İcra başçısı onu da qeyd edib ki, Gəncədə 436 küçə vətənin şəhid övladlarının adını daşıyır. 

Qeyd edək ki, mayor A.Davidoviçin adına verilmiş küçədə xatirə lövhəsinin açılışında Davidoviç ailəsi – qardaşı Aleksandr, qardaşı oğlu Anatoli də iştirak edib.