Küçəyə Özgəcan Aslanın adı verildi

kuceye-ozgecan-aslanin-adi-verildi
Oxunma sayı: 1421


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar bu gün Manisa Alaşəhər Bələdiyyəsinin keçirdiyi iclasda qəbul olunub. Bələdiyyə sədri Gökhan Qaraçoban bir müddət əvvəl təcavüzə məruz qalaraq yandırılan Özgəcan Aslan və Ege Universitetində baş verən hadisələr zamanı öldürülən Fırat Yılmaz Çakıroğlunun adının yaşadılması haqda təklif edib:

“Bizim gələcəyimiz olan gənclərimizin xayincə bir cinayətə qurban getməsinə səssiz qala bilməzdik. İnsanların məlumatlanması və ictimai hadisələrə həssas olması və gənclərimizin xatirəsini yaşatmağımız üçün qəsəbədə olan 2 küçəyə onların adının verilməsini təklif edirik”.

İclasın sonunda verilən qərar səs çoxluğu nəticəsində qəbul olunub. 

Kamil