Öncədən qəbul edirik. Həyatın ağırlığını dərindən hiss edib, surətini çıxarmısınız.
Yoxluq və yoxsulluq içərisində bir xeyli kitab oxuyub, fimlər izləmisiniz. Müxtəlif səpkidə yazılar yazmısınız. Bunun üçun əlavə əziyyət çəkib mövzuları oxunaqlı eləmisiz. İnsanlara (gənclərə) təqdim etmisiniz. Hər yönlü kinə, nifrətə, əzab-əziyyətə düçar olduğunuzu anlayaraq, yəqin edirdik ki, Sizdən əvvəlki nəsil tərəfindən endirilən mədəniyyət bayrağını, yenidən, min müşkülatla yüksəldərək deyəcəksiniz: Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..
Millətimizin mədəniyyət tarixini, Axundovsuz, Zərdabisiz, Cavidsiz, Muşfiqsiz, Sabirsiz, Məmmədquluzadəsiz, Hacıbəyovsuz… təsəvvür etmək sadəcə mümkün deyil. Onlar pis-yaxşı Biləcəridən o tərəfdə yaşayışın olduğunu bizlərə anladıblar.. O taydakıların yaşayış tərzlərini bizlərə təsvir ediblər. Görün necə xeyirxah əməlləri var imiş?! Yoxdan var etmək, yorulmadan, incimədən..və davamlı çalışmaqla bu missiyanı həyata keçirmək...
*** Gələlim 60-cılara. Nə etməli, ən azından Sovet romantikasını yazıb-redaktə etdirib nəşrə veriblər. Bu da bir işdi, missiyadı. Bir Təhminə obrazını tanıyırıq. Kərimzadədən Şah İsmayılı oxuyub, qanımızı qaynadırıq. Nəsə tapırıq.
*** Müasir dövrdə yaşadığımızı anlatmağa ehtiyac varmı? …Ki, yoxdur. Məlumunuz, elatlılar demiş, “hərkəsənin bir peşəsi var”. Səhər doqquz, axşam doqquz hamı çapalıyır kı, evinə bir tikə "ət" aparsın. Problemlər isə en qədər. Əlbəttə, bu probləmlər arasında dincəlmək üçün film də izlənilir, kitab da oxunur, səyahət də edilir.
*** Ay iki qardaş - bir bacı, “möhtəşəm üçlük”, peşəniz yazmaqdırsa Sizlər bu deyilənləri çox yaxşı bilirsiniz. Bilirsiz ki, sizə olan sayğı və xoş münasibət vardı hamımızda. Sizə inanırdıq, yaparlar, Mədəniyyət bayrağını qaldırarlar, bu ağır yükün altından qalxar, aydınladarlar qaranlıq dünyamızı.deyirdik. Pəki Siz nə etdiniz? Küfür, təhqir, təkrarçılıq...insanları aşağılama. Kimə qarşı yapdız bunu? Mənə, ona - bizlərə qarşı... Axı Sizdən yeni baxışlar, obrazlar, təsvirlər gözləyirdik. Sizin əzab-əziyyətlərinizi, özümüzünkü kimi qəbul edib, bəzi məqamlarda haqlı və ya haqsız mübarizənizi alqışlayıb dəstəkləyirdik ki, bəlkə bir zad ortalığa qoyacaqsınız. Amma çox keçmədi əbəs yerə ümidləndiyimizi gördük. Bizi kitab və Avropa sözləri və anlayışından diksindirdiniz. Əmanətə xəyanət etdiniz. Mədəniyyət bayrağını qaldırmadız, bəs olmadı, hələ ona bir əl atıb yırtmaqmı istəyirsiniz? Bununla da özünüzə olan inamı, sevgini məhv etdiniz. Bizsə hələ də ümidliyiz. O müqəddəs bayrağı qaldırıb deyən olacaq əlbət: Təkrarçılığa, küfrə son. Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..
Son xəbərlər
Son Xəbərlər