Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi”nin prezidenti Safet Qiçi bu mərhələni uğurla adlayacaqları halda futbolçulara rekord mükafat vəd edib.
“Qafqazinfo” Sportal-a istinadən xəbər verir ki, Qiçi “Kukesi”nin III mərhələyə yüksələcəyi halda, komanda üzvlərinə 150 min avroluq mükafat verəcəyini deyib.
“Kukesi” “Valetta” səddini aşdığı üçün 100 min avroluq mükafat almışdı.
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı bu gün saat 21:00-da baş tutacaq. Cütün ilk oyununda hesab açılmayıb.
Son xəbərlər
Son Xəbərlər