“Yaponiya Xarici İşlər Naziri Yoşimasa Hayaşi tərəfindən çağırılan və ABŞ Dövlət Katibi Entoni Blinkenin sədrliyi ilə G7+ iclası keçirildi. Enerji Koalisiyası Ukraynanın təcili ehtiyaclarını ödəməyə hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter tvitter hesabında yazıb.
Kuleba tərəflərin Kiyevə növbəti qış mövsümünə hazırlaşmağa kömək etmək barədə razılığa gəldiyini qeyd edib. O, həmçinin əlavə edib ki, G7 “Ukraynanın enerji sektorunun uzunmüddətli modernləşdirilməsinə” sərmayə qoymağa hazırdır.
Son xəbərlər
Son Xəbərlər