Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.
“Azəriqaz” dan “Qafqazinfo”ya verilən məlumata görə, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb.
Müvafiq təşkilatlar tərəfindən ağac qalıqları təmizləndikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq.

Son xəbərlər
Son Xəbərlər