Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - Video

kulek-bakida-yeni-temirden-cixan-xestexananin-damini-ucurdu
Oxunma sayı: 4451

Ötən gün axşamdan davam edən güclü külək Bakıda yeni təmirdən çıxmış xəstəxananın damını uçurub.

“Qafqazinfo”nun məlumatına görə, Yasamal rayonu, Tağı Şahbazı küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasının damı uçaraq yola və yaxınlıqdakı parka düşüb. Nəticədə bir neçə avtomobil əzilib, ağaclar qırılıb.

Qeyd edək ki, Uşaq Nevroloji Xəstəxanası yeni təmirdən çıxmışdı.