“Qafqazinfo”ya daxil olan məlumata görə, artıq ölkənin cənub bölgəsində də küləyin fəsadları hiss olunur. Belə ki, Biləsuvar rayonunda güclü külək nəticəsində rayonun mərkəzində olan beşmərtəbəli binanın dam örtüyü uçub.
Masallıda isə güclü külək səbəbindən aşan ağaclar elektrik kabellərinə dəyərək onları sıradan çxıarıb. Hazırda Masallıda işıq yanmır.
Masallıda külək bir neçə yanğının baş verməsinə səbəb olub. Rayonun Qızılavar kəndində tövlədə baş verən yanğında heyvan da yanıb. Eyni zamanda bu gün masallıda meşə də yanıb.
“Qafqazinfo” Biləsuvardan çəkilmiş videonu, Masallıdan isə fotoları təqdim edir:
Son xəbərlər
Son Xəbərlər