Külək güclənib, leysan yağıb, dolu düşüb - Faktiki hava + Yenilənib

kulek-guclenib-leysan-yagib-dolu-dusub
Oxunma sayı: 8658

İyunun 1-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

***

İyunun 1-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Mingəçevir, Şəki, Şahdağ, Oğuz, Tərtərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Daşkəsən rayonunda saat 15:53-15:57 radələrində diametri 20 mm, Göygöl rayonu Kərəmli kəndinə saat 16:20-16:24 radələrində 10-12 mm, Göygöl rayonu Şəhriyar kəndinə saat 16:23 radələrində 10-14 mm, Gədəbəy rayonuna isə saat 17:45-18:00 radələrində 6 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 34, Aran rayonlarında 36, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

***

Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 22:00-a olan məlumatına əsasən, ölkə ərazisində  qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Naxçıvan,Tərtər,Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Yevlax, Sarıbaş (Qax), Göyçay rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Zaqatala rayonuna  diametri 5 mm, Gədəbəy rayonunun Maarif, Qaradağ, Arıqdam kəndlərinə  8-10 mm, Düzyurd kəndinə  isə 6-8 mm  dolu düşüb.

Əvvəlcədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti  28 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s təşkil edib.