Küləkdən sonra Yevlax işıqsız qaldı - Fotolar

kulekden-sonra-yevlax-isiqsiz-qaldi
Oxunma sayı: 3381

Bu gün saat 19:55 radələrində Yevlax rayonu ərazisində 25-30 m/saniyə sürətində qərb küləyinin əsməsi, güclü yağış yağması nəticəsində rayonun elektrik təsərrüfatına çox ciddi ziyan dəyməsinin qarşısının alınması məqsədilə “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən rayonun bütün yaşayış məntəqələrində abonentlərin elektrik enerji təchizatı dayandırılıb.

“Qafqazinfo”nun məlumatına görə, hazırda Yevlax Şəhər İcra Hakimiyyəti və Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəyən ziyanın miqyasının müəyyən edilməsi üçün müvafiq işlər aparılır.

Rayon Fövqəladə Hallar Komissiyasının məlumatına görə, güclü külək nəticəsində bir sıra yaşayış məntəqələrində ağaclar sakinlərə məxsus fərdi yaşayış evlərinin, elektrik xətlərinin üzərinə aşaraq dam örtüklərini, elektrik xətlərini yararsız hala salıb.

Həmçinin əlverişsiz hava nəticəsində rayonun Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyü uçub.