Küləklə bağlı sürücülərə - Xəbərdarlıq

kulekle-bagli-suruculere
Oxunma sayı: 698

Bakı Nəqliyyat Agentliyi sürücülərdən hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollardakı müəyyən edilmiş sürət həddinə əməl etmələrini  xahiş edir.

"Qafqazinfo"ya BNA-dan daxil olan məlumata görə, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə nəzarət gücləndirilib. Güclü külək səbəbində hərəkətin təhlükəsizliyinə və fasiləsizliyinə mane ola biləcək hal baş verəcəyi təqdirdə dərhal zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların məlumatlandırılması təmin ediləcək.