Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 19-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində-760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
İyunun 25-i gündüzədək Abşeron yarımadasında güclü şimal-qərb küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Son xəbərlər
Son Xəbərlər