Küləkli hava nə vaxtadək davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?
Oxunma sayı: 4609

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktivi havanı açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, mayın 24-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində  leysan xarakterli intensiv olub,  şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Mayın 23-də saat 15:04-15:05 radələrində Daşkəsən rayonuna, 17:35-17:38 radələrində isə Şirvan şəhərinə xırda dənəli dolu düşüb.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti mayın 25-dək, yağıntılı hava şəraiti isə mayın 26-sı səhərədək davam edəcək.