Lerik rayonunun Zuvand ərazisində bir neçə gündür işıq yoxdur. Bu barədə sakinlər “Qafqazinfo”ya müraciətlərində bildirib.
Onların sözlərinə görə, ərazidə güclü külək başladığı gündən etibarən işıqlar kəsilib: “4 gün olar ki, işıq yoxdur. Rayon mərkəzinə də işıq fasilələrlə verilir”.
“Qafqazinfo” məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, bu gün günorta saatlarında enerji verilişi tam bərpa olunacaq: “ Artıq küləyin sürəti dayandığından səhər saatlarından təmir-bərpa işlərinə başlanılıb. Güclü külək ağacları salıb işıq dayaqlarını qırmışdı. Fasilə bununla bağlı yaranmışdı”.
Son xəbərlər
Son Xəbərlər