Kulinarlar medal qazandı

kulinarlar-medal-qazandi
Oxunma sayı: 710

Azərbaycan Milli Kulinariya Assosasiyasının üzvlərindən ibarət heyətin növbəti dəfə beynəlxalq yarışda uğurlu çıxış etməsinə həsr olunmuş mətbuat konfransı təşkil edilib.

Qafqazinfo” xəbər verir ki, Ukraynanın Çervonçı şəhərində ölkəmizi təmsil etmiş heyət komanda və fərdi şəkildə mübarizə aparıb. “Azərsun Holdinq” tərəfindən istehsal olunan “Super Sun” yağlarının istifadəsi ilə müxtəlif yeməklər hazırlayan azərbaycanlı iştirakçılar 7 fərdi və 1 komanda sinfindən 2 gümüş, 4 bürünc, bir qızıl medal qazanıb.