“Qafqazinfo” DGK Mətbuat Xidmətinə istinadən xəbər verir ki, qurumun Aksiz Baş Gömrük İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 2-ci döngə ünvanında yerləşən qarajlara baxış zamanı Azərbaycan vətəndaşı Bağışov Həsrət Nüsrət oğluna məxsus külli miqdarda xaricdə istehsal olunmuş aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
Günel
Son xəbərlər
Son Xəbərlər