Kupyansk meri dövlətə xəyanətdə ittiham olundu

kupyansk-meri-dovlete-xeyanetde-ittiham-olundu
Oxunma sayı: 3285

Xarkov vilayətinin Kupyansk şəhərinin meri dövlətə xəyanətdə ittiham olunur.

“Qafqazinfo” “The Kyiv İndependent”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş prokuroru İrina Venediktova bildirib.

O qeyd edib ki, Gennadi Matseqoranın Rusiya qüvvələri ilə əməkdaşlıq etdiyi iddia olunur.

Baş prokuror onu şəhərini işğal edən qoşunlara dəstək verməkdə və nəzarəti onlara verməkdə ittiham edib.