Kür bir ailəni də ağlar qoydu

kur-bir-aileni-de-aglar-qoydu
Oxunma sayı: 878


“Qafqazinfo”nun xəbərinə görə, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Salyan rayonu, Kür Qaraqaşlı kəndindən keçən hissəsində (“Salyan” sularda xilasetmə məntəqəsindən, təxminən, 4 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimovun batmış cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 40 metr aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:30-da başa çatıb.