Kür çayında batan azyaşlının meyiti tapıldı - Yenilənib

kur-cayinda-batan-azyaslinin-meyiti-tapildi
Oxunma sayı: 2483

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Kür çayının Salyan rayonu, Aşağı Kürkəndi kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü İsmayılov Məhəmməd Elməddin oğlunun axtarışları başa çatıb.

M.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 500 metr aralıda) tapılaraq aidiyyəti üzrə təhvil verilib.