Kür çayında bir nəfər batdı

kur-cayinda-bir-nefer-batdi
Oxunma sayı: 1335

Neftçalada Kür çayında bir nəfər batıb.

"Qafqazinfo" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb. X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.